Milyarder Timoti Mellon Pentaqona 130 milyon dollar ianə edib - ÖZƏL

Anonim Pentaqon sponsoru, ABŞ-da bağlanma (şatdaun) zamanı hərbi qulluqçuların maaşları üçün 130 milyon dollar ianə edən şəxsin milyarder Timoti Mellon olduğu məlum olub.

Olaylar "The New York Times" (NYT) qəzetinin mənbələrinə istinadən bildirir ki, Tramp ianə barədə açıqlama vermiş, lakin vəsaiti təmin edən şəxsin adını açıqlamayıb, onu yalnız "vətənpərvər" və dost kimi xarakterizə etmişdi. Lakin iki mənbə bu şəxsin Timoti Mellon olduğunu təsdiqləyib.

15 oktyabr tarixində ABŞ Senatı hökumətin maliyyələşdirilməsi barədə qanun layihəsini yenidən rədd edib. Bundan əvvəl ABŞ-da 4 mindən çox dövlət qulluqçusu bağlanma səbəbindən işdən azad olunmuşdu.

İbrahim Məmmədli

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31