Tramp ABŞ-ın “Qızıl Donanması”nı yaratmaq niyyətindədir - ÖZƏL
25 Oktyabr 18:39 DünyaABŞ administrasiyasının rəhbəri Donald Tramp mövcud hərbi donanmanı yeniləyərək "ABŞ-ın Qızıl Donanması"nı yaratmaq niyyətindədir.
Olaylar xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, "Qızıl Donanma"ya uzaqmənzilli və daha güclü raketlərlə təchiz olunmuş iri döyüş gəmiləri, həmçinin kiçik hərbi gəmilər daxil olacaq.
"Mənbələrin bildirdiyinə görə, Ağ Ev və ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndələri hazırkı döyüş donanmasının yeni 'Qızıl Donanma' ilə əvəzlənməsi istiqamətində ilkin danışıqlar aparırlar," - deyə nəşrdə qeyd olunur.
Məlumata əsasən, müasir döyüş gəmilərinin dizaynını tez-tez tənqid edən Tramp layihənin hazırlanmasında birbaşa iştirak edir.
Xatırladaq ki, Tramp oktyabrın əvvəlində ABŞ-da "Virginia" sinfinə aid yeni sualtı qayıqların inşasına dekabr ayında başlanacağını açıqlamışdı.
İbrahim Məmmədli