Slovakiyanın baş naziri Avropa İttifaqını ikiüzlülükdə ittiham etdi - ÖZƏL

Slovakiyanın baş naziri Robert Fiko Ukraynadakı silahlı münaqişənin həlli məsələsində Avropa İttifaqının ikiüzlü mövqeyini və saxta prioritetlərini kəskin tənqid edib.

Olaylar xəbər verir ki, bu barədə "The European Conservative" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Slovakiya hökumət başçısı Aİ-nin davam edən qanlı toqquşmalara qarşı laqeyd münasibətini və Rusiyaya yönəlmiş siyasətini sərt şəkildə tənqid edib.

"...Hər gün yüzlərlə insan həyatını itirir, Avropa İttifaqı liderləri isə bütün diqqətlərini cəza tədbirlərinə yönəldirlər", - deyə Fiko bildirib.

Qeyd olunur ki, bundan əvvəl dondurulmuş Rusiya aktivlərinin müsadirəsinin Avropa İttifaqı üçün təxminən 238 milyard dollar itki ilə nəticələnə biləcəyi barədə məlumat yayılmışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31