İşğalçı ruslar Zaporojyedə fermerləri qarət edir – hədsizlik
14:59 DünyaZaporojye bölgəsinin işğal olunmuş hissəsində fermerlərin kənd təsərrüfatı müəssisələri və məhsulu müsadirə edilib.
Musavat.com xarici mediayaya istinadla xəbər verir ki, silahlı mühafizəçiləri olan "Partnersky Soyuz" MMC Berdyansk rayonundakı "Voynikov i Ko" kənd təsərrüfatı müəssisəsinin anbarlarını, avadanlıqlarını və məhsullarını müsadirə edib. Basqına məruz qalmış müəssisənin işçiləri Rususiya prezidenti Vladimir Putinə videomüraciət ediblər.
Onların sözlərinə görə, müəssisə qondarma "Əmlak və Torpaq Münasibətləri Nazirliyinin" qərarı ilə bu şirkətə verilib. Rusiya işğal hakimiyyəti fermanı "sahibsiz" elan edib, bundan sonra silahlı adamlar tarlalara gələrək işi dayandırıblar.
Fermerlər bildiriblər ki, mühafizəçilər kombaynların, traktorların və yük maşınlarının sənədlərini və açarlarını müsadirə ediblər və onlardan "razılığa gəlmələrini" tələb ediblər.
Bəyanatda deyilir: "Biz bu hərəkətləri, , eləcə də artıq yığılmış 10.000 tondan çox buğda və günəbaxan məhsulunu ələ keçirilməsinin qanunsuz hesab edirik".
Münaqişə 160 işçini və təxminən 3000 səhmdarı risk altında qoyub, çünki onlar ödənişlərini ala bilməyiblər.
Hətta Rusiyapərəst fəallar da vəziyyətin "hədsizlik" olduğunu etiraf ediblər. Kremlpərəst müğənni Viktoriya Sıqanova bildirib ki, "Zaporojye bölgəsindəki qanunsuzluq 1990-cı illərdən daha pisdir".
O əlavə edib ki, silahlı qruplar mağazalar, ferma sahələri və avadanlıqları ələ keçirir, işğaldan sonra formalaşdırılmış qondarma yerli hakimiyyət orqanları isə "göz yummağa üstünlük verirlər".