Ermənilərlə bağlı Zaxarovanı şoka salan xəbər – “
25 Oktyabr 13:15 Dünya"Bəzi erməni siyasətçilərin "erməni soyqırımı" ilə bağlı sözləri, bu məsələnin tarixi toxunulmazlığını şübhə altına alması məni şoka saldı".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, "soyqırımı" iddialarını ikinci plana atmağın xəyanət olduğunu bildirib:
"Bəzi erməni siyasətçilər bu mövzu gündəmə gətirməməklə bağlı fikirlər səsləndirirlər. Tarixdə elə faktlar var ki, xalqlar və dövlətlər bəzi çağırışların öhdəsindən gələ bilmədikləri üçün yox olurlar. Çünki onlar özləri üçün toxunulmaz olanlara xəyanət edirlər. Erməni dövlət adamlarının "erməni soyqırımı" mövzusuna yanaşmaları məni heyrətləndirir. Bu məsələnin ölkə gündəmindən çıxarılmasını təsəvvür edə bilirsiniz?"
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan və yüksək vəzifəli bir sıra dövlət rəsmiləri "erməni soyqırımı" iddiasının Türkiyə ilə münasibətlərin normallaşmasına maneə yaratdığını deyiblər. Onlar bu məsələnin artıq təbliğat vasitəsi olmaması, bəzi rəqəmlərin şişirdilməsi səbəbindən yanlış təsəvvür formalaşdığı və ümumiyyətlə gündəmə gətirilməməsi üçün çağırış ediblər. (Globalinfo)