Fransada tarixdə ilk dəfə qadına ömürlük həbs cəzası verildi — azadlığa buraxılmaq hüququ olmadan

Fransada məhkəmə 12 yaşlı Lola Divenin vəhşicəsinə qətli ilə bağlı şok qərar çıxarıb. 

Olaylar.az xəbər verir ki, qətldə təqsirli bilinən qadın - Bənkirid adlı şəxs - ömürlük həbsə məhkum edilib və o, şərti azadlığa buraxılmaq hüququndan məhrum edilib.

İstintaqın məlumatına görə, cinayət 2022-ci ilin oktyabrında Parisdə baş verib. Qadın azyaşlı Lolanı qaçıraraq işgəncələrə məruz qoyub, daha sonra onu amansızlıqla qətlə yetirib.

Prokurorluq qadını "son dərəcə təhlükəli" adlandırıb və onun yenidən cinayət törətmə ehtimalının yüksək olduğunu bildirib. Qızcığazın anası isə məhkəmə zalında qatilə "şeytani canavar" deyə müraciət edib və "ürəyimin parçası əbədi olaraq qırıldı" sözlərini söyləyib.

Bu hökm Fransa tarixində qadına qarşı çıxarılan ən sərt qərarlardan biri sayılır və Parisdə 2015-ci ildə törədilmiş terror aktlarının təşkilatçısı Salah Abdeslamın cəzasına bərabər tutulur. Qadın xüsusi nəzarət altında, yüksək təhlükəsizlik rejimində saxlanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31