Luvrın zinət əşyaları təhlükəsizlik səbəbilə Fransanın Mərkəzi Bankına köçürüldü
11:19 DünyaFransanın məşhur Luvr muzeyinə məxsus qiymətli zinət əşyaları təhlükəsizlik vəziyyəti ilə bağlı müvəqqəti olaraq Bank de Fransın (Fransa Mərkəzi Bankı) anbarına yerləşdirilib.
Olaylar.az xəbər verir ki, RTL telekanalının məlumatına görə, bu əşyalar bankın əsas seyfində - yer səthindən 26 metr dərinlikdə yerləşən xüsusi yeraltı saxlanma mərkəzində qorunur. Həmin mərkəzdə həmçinin Fransanın qızıl ehtiyatının təxminən 90 faizi saxlanılır.
Muzey rəhbərliyi bu addımın təhlükəsizlik sistemlərinin yenilənməsi və risklərin qiymətləndirilməsi dövründə müvəqqəti xarakter daşıdığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31