ABŞ Ukraynanın BMT-də Rusiyanı ittiham edən bəyanatını dəstəkləməyib - ÖZƏL
24 Oktyabr 2025 19:58 DünyaABŞ Ukraynanın BMT-də Rusiyanı ittiham edən bəyanatını dəstəkləməyib.
Olaylar xəbər verir ki, Kiyevin bəyanatında Moskvanın "Ukraynaya qarşı heç bir səbəb olmadan müharibə apardığı" iddia olunub.
Həmçinin, Rusiyanın BMT Təhlükəsizlik Şurasının gələcəyi ilə bağlı iclas keçirməsi Təşkilatın Nizamnaməsinə təhqir kimi qiymətləndirilib.
Bəyanatı 40-dan çox ölkə dəstəkləyib, onlara Böyük Britaniya, Kanada, Yaponiya və Avropa İttifaqı ölkələri daxildir.
Ukraynanın BMT-dəki nümayəndəsi, keçmiş Almaniya səfiri Andrey Melnik, "Obşestvennoye" televiziyasına verdiyi müsahibədə bildirib ki, Rusiya BMT-də münasibətləri və ümumi əhval-ruhiyyəni ustalıqla idarə edir.
Melnik həmçinin vurğulayıb ki, missiyanın əsas məqsədi Rusiyanın beynəlxalq səviyyədə təcrid olunmasıdır.
İbrahim Məmmədli