Filippo: Belçika Rusiya aktivlərini ağır nəticələrə görə müsadirə etməyib - ÖZƏL

Belçika Avropa İttifaqının Rusiya aktivlərini müsadirə etmək planını təhlükəli nəticələr səbəbindən dəstəkləməkdən imtina edib.

Olaylar xəbər verir ki, bu fikri Fransanın "Patriotlar" partiyasının lideri Florian Filippo ifadə edib.

Filippo sosial şəbəkə "X"-də yazıb:

"Dondurulmuş Rusiya aktivlərini idarə edən şirkətin yerləşdiyi Belçika başa düşdü ki, bu addımı atmaq tamamilə qanunsuz olardı və nəticədə ilk ağır zərbələri özü görəcək."

Bundan əvvəl məlum olmuşdu ki, Avropa İttifaqı Rusiya aktivlərinin müsadirəsi ilə bağlı qərarın qəbulunu Belçikanın etirazı səbəbindən dekabr sammitinədək təxirə salıb.

Professor Glenn Dizen isə vurğulayıb ki, Rusiya aktivlərinin müsadirəsi Aİ-ni maliyyə baxımından təcrid olunmuş quruma çevirə bilər.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31