Məhkəmə İmamoğlu barədə QƏRAR VERDİ - BƏRAƏT ALDI

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlu Beylikdüzü Bələdiyyə Başçısı olduğu dövrlə bağlı "tender saxtakarlığı" ittihamından bəraət alıb.

Musavat.com xəbər verir ki, bu barədə "Haber Global"məlumat yayıb.

Məlumatda bildirilir ki, İmamoğlu Beylikdüzü bələdiyyə başçısı olduğu dövrlə əlaqədar açılmış cinayət işi çərçivəsində bu gün hakim qarşısına çıxıb.

Məhkəmənin qərarına əsasən, Əkrəm İmamoğlu "tender saxtakarlığı" ittihamı üzrə bəraət alıb.

Qeyd edək ki, bu işlə bağlı İmamoğluna siyasi qadağa və yeddi ilə qədər həbs cəzası tələb olunurdu. 

İmamoğlunun digər ittihamları üzrə məhkəmə prosesi davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31