Türkiyədə DƏHŞƏT: 14 nəfər ÖLDÜ
15:55 DünyaTürkiyə sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb.
Olaylar.az xəbər verir ki, hadisə Muğla vilayəti yaxınlığında, Egey dənizində baş verib.
Son məlumatlara görə, rezin qayığın batması nəticəsində 14 nəfər ölüb. 4 nəfər itkin düşüb.
Hadisə barədə məlumat daxil olduqdan sonra bölgədə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başlanıb.
Əməliyyatı dəstəkləmək məqsədilə əlavə bir Sahil Mühafizəsi qayığı və helikopter də hadisə yerinə göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31