İrəvanda Milli Məclisin növbədənkənar iclasının gündəliyi açıqlandı – ÖZƏL

İrəvanda Milli Məclisin (parlament) növbədənkənar iclası 24 oktyabr tarixində keçirilir.

Olaylar.az xəbər verir ki, məlumata görə, parlamentin gündəliyinə cəmi üç məsələ daxil edilib. Həmin məsələlər daha əvvəl birinci oxunuşda müzakirə olunmuşdu.

Gündəlikdəki məsələlər arasında "Vergi Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" qanun layihələri paketi və əlaqədar qanunlara düzəlişlər, "Məhkəmə Departamentində xidmət haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi, həmçinin "Audiovizual media haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi yer alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31