Finlandiya Ukraynaya dəstək missiyasına daha çox hərbçi göndərəcək - ÖZƏL

Finlandiya Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün NATO-nun təhlükəsizlik sahəsində yardım və təlim missiyasına (NSATU) göndəriləcək hərbçilərin sayını artırmağa hazırlaşır. Olaylar.az xəbər verir ki, Finlandiya Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkə 2026-cı ilin əvvəlinədək missiya çərçivəsində əlavə 10 hərbçi göndərməyi planlaşdırır. Beləliklə, Finlandiyanın NSATU missiyasında iştirak edən hərbçilərinin ümumi sayı 15-ə qədər arta bilər. "Finlandiyanın məqsədi 2026-cı ilin əvvəlinədək NSATU missiyası çərçivəsində daha 10 hərbçi göndərməkdir. Zərurət yaranarsa, kontingentin sayı 15 nəfərə qədər artırıla bilər. Bu zaman Finlandiya Silahlı Qüvvələrinin imkanları və missiyanın tələbləri nəzərə alınacaq," - deyə Nazirliyin açıqlamasında bildirilir. Hazırda missiyada beş finlandiyalı hərbçi iştirak edir.
Xatırladaq ki, NATO-nun Ukraynaya təhlükəsizlik sahəsində yardım və təlim missiyasının (NSATU) yaradılması barədə qərar 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammitində qəbul edilib. Missiya Ukraynaya planlaşdırma, logistika və təlim dəstəyi göstərməklə yanaşı, bu prosesləri üzv ölkələr arasında əlaqələndirir. NSATU-nun qərargahı Almaniyada yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31