Seyran Ohanyan: Müxalifət də sülh istəyir, amma bu sülh real olmalıdır – ÖZƏL

Ermənistan müxalifəti də sülh və itkisiz gələcək tərəfdarıdır, lakin bu sülh real əsaslara söykənməlidir. 

Olaylar.az xəbər verir ki, bu fikri oktyabrın 24-də parlamentin iclasında "Ermənistan" müxalifət blokunun rəhbəri Seyran Ohanyan Mərkəzi Bank Şurasına üzv seçkisi məsələsinin müzakirəsi zamanı bildirib.

Ohanyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan Azərbaycanla aparılan danışıqlar prosesini uğursuzluğa düçar edib.
"O, təklif olunan kompromis variantlardan istifadə edib nəticə əldə edə bilmədi," - deyə Ohanyan vurğulayıb.

Deputatın fikrincə, Ermənistan ordusu ölkəni müdafiə etmək gücündə idi, lakin bu gün məsuliyyət yalnız ordunun üzərinə qoyulur.
"Bu gün ordunu mühakimə edirlər," - deyə müxalifət lideri əlavə edib.

Ohanyan hesab edir ki, hakim partiya mövcud vəziyyətə ədalətli və obyektiv qiymət vermək iqtidarında deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31