Britaniya məscidlərin təhlükəsizliyinə 13,3 milyon dollar ayırır - ÖZƏL
14:11 DünyaBritaniya hökuməti məscidlər və müsəlman mərkəzlərinin hücumlardan qorunması üçün əlavə 10 milyon funt sterlinq (təxminən 13,3 milyon dollar) vəsait ayıracaq. Olaylar.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, bu vəsait təhlükəsizlik sistemlərinin, o cümlədən video nəzarət və siqnalizasiya sistemlərinin quraşdırılması, məscidlərin ətrafına hasar çəkilməsi və mühafizə xidmətlərinin ödənilməsi üçün istifadə olunacaq. Yeni ayırmalar ötən il təhlükəsizliyə ayrılan 29,4 milyon funt sterlinqi (təxminən 39,2 milyon dollar) tamamlayacaq.
Baş nazir Kir Starmer maliyyə vəsaitini cənubi İngiltərədəki Pishaven şəhərində yerləşən bir məscidi ziyarətindən sonra açıqlayıb. Məscid oktyabr ayının əvvəlində naməlum şəxslər tərəfindən yandırılıb, hadisə zamanı xəsarət alan olmayıb. Hökumətin məlumatına görə, 2024-cü ilin martından 2025-ci ilin martınadək müsəlmanlara qarşı nifrət cinayətlərinin sayı 19% artıb. Bütün dini motivli cinayətlər arasında 44%-i müsəlmanlara qarşı yönəlib.