Çin Xarici İşlər Nazirliyi Yaponiyanın müdafiə xərclərini artırmaq cəhdlərini “şübhəli” adlandırıb- ÖZƏL

Çin Xarici İşlər Nazirliyi Yaponiyanın milli müdafiə xərclərini sürətlə artırmaq cəhdlərini "şübhəli" hesab edib. Olaylar.az xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Quo Ciakun Çin bu addımın region ölkələrində Tokionun hərbi təcavüz siyasətindən əl çəkib-çəkməməsi ilə bağlı suallar yaratdığını bildirib. Quo Ciakun qeyd edib ki, Yaponiyanın son illərdə təhlükəsizlik siyasətində kəskin dəyişikliklər etməsi, müdafiə büdcəsini artırması, silah ixracına qoyulan məhdudiyyətləri zəiflətməsi və hərbi potensialını gücləndirməyə çalışması qonşu ölkələr və beynəlxalq ictimaiyyət üçün şübhələr doğurur. O, 2025-ci ilin Çin xalqının Yaponiyanın təcavüzünə qarşı müqavimət müharibəsində və II Dünya Müharibəsində qələbənin 80-ci ildönümü olduğunu xatırladıb və Yaponiyanı tarixini dərindən analiz etməyə, sülh yolunu qorumağa və hərbi-siyasi məsələlərdə ölçülü davranmağa çağırıb.
Yeni baş nazir Sanae Takaichi parlamentdə verdiyi andiçmə çıxışında müdafiə xərclərinin ÜDM-in 2%-inə qədər artırılmasını planlaşdırdığını bildirib. Ekspertlər Yaponiyanın hərbi arsenalını modernləşdirmək üçün kütləvi şəkildə pilotsuz aparatları, uzaqmənzilli raketlərlə təchiz edilmiş sualtı gəmiləri və nüvə enerjisindən istifadə imkanlarını nəzərdən keçirməyi təklif ediblər. Rəsmi sənədlərdə əsas təhlükə kimi Çin, Rusiya və Şimali Koreya göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31