Tramp Putinə cavab verdi: 6 ay sonra görəcəyik...

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının nəticələri 6 aydan sonra özünü göstərəcək.

Olaylar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Bildirilib ki, jurnalistlər Trampdan Rusiya Prezidenti Vladimir Putinin sanksiyaların ölkənin iqtisadi rifahına əhəmiyyətli təsir göstərməyəcəyi barədə dediyi fikirlərə münasibət bildirməsini istəyiblər.

"Onun belə düşündüyünə şadam. Bu, yaxşıdır. Altı ay sonra xəbər verəcəyəm. Görək, işlər necə nəticələnəcək", - bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31