Almaniyanın iqtisadiyyat naziri elan olunmamış səfərlə Kiyevə gəlib - ÖZƏL

Almaniyanın İqtisadiyyat naziri Katerina Rayxe elan olunmamış səfərlə Ukraynanın paytaxtı Kiyevə gedib. Olaylar.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb. Məlumata görə, nazirə səfəri zamanı alman iş dairələrinin nümayəndələri də müşayiət edir. Rayxe Kiyevdə çıxışı zamanı Almaniyanın Ukraynanın dağıdılmış enerji infrastrukturunun bərpası üçün maliyyə yardımını artıracağını və qış mövsümü ərəfəsində təbii qazın alınmasına əlavə vəsait ayrılacağını bildirib. Nazirin sözlərinə görə, Ukraynanın qaz infrastrukturunun təxminən 55-60 faizi münaqişə nəticəsində zərər görüb. Səfər çərçivəsində həmçinin Almaniyanın pilotsuz uçuş aparatları istehsal edən şirkətlərinin Ukraynanın hərbi sənaye nümayəndələri ilə əməkdaşlıq sazişləri imzalayacağı gözlənilir.
Qeyd edək ki, Almaniya ABŞ-dan sonra Ukraynaya silah tədarükü üzrə ikinci ən böyük donor dövlətdir. Münaqişə başlayandan bəri Berlin Kiyevə müxtəlif istiqamətlərdə ümumilikdə 40 milyard avrodan çox yardım göstərib. Rusiya tərəfi dəfələrlə bəyan edib ki, Qərbin Kiyevə silah tədarükü münaqişənin uzanmasına səbəb olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31