İmamoğluna qarşı casusluq ittihamı irəli sürüldü
10:37 DünyaTürkiyədə korrupsiya istintaqı çərçivəsində vəzifəsindən azad edilərək həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu, onun seçki kampaniyasının rəhbəri Necati Özkan və TELE 1 telekanalının baş direktoru Mərdan Yanardağ barəsində "casusluq" ittihamı ilə istintaq başladılıb.
Olaylar.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluğun yaydığı açıqlamada, iyulun 4-də "casusluq" ittihamı ilə həbs edilən və xarici dövlətlər adına casusluq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilən şübhəli Hüseyn Günlə bağlı yoxlamalar aparıldığı bildirilib.
Araşdırmalar nəticəsində Günün Əkrəm İmamoğlu, Necati Özkan və Mərdan Yanardağla əlaqələrinin olduğu da məlum olub.
Aparılan istintaq çərçivəsində Mərdan Yanardağ saxlanılıb.