Ermənistan: Suriyalı muzdluların ekstradisiyası ilə bağlı müraciət daxil olmayıb – ÖZƏL
09:54 DünyaErmənistan ədliyyə nazirliyi Suriyalı muzdluların ekstradisiyası ilə bağlı heç bir müraciət almadığını bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Söhbət 2020-ci ildə Qarabağ döyüşlərində iştirak etmiş Muxrab Məhəmməd əl-Şxeri və Yusif Alabət əl-Xacidən gedir. 2021-ci ilin mayında Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi onları terrorizm, beynəlxalq terrorizm, beynəlxalq humanitar hüququn pozulması və muzdluluq maddələri üzrə təqsirli bilib və hər ikisini ömürlük həbs cəzasına məhkum edib.
Nazirlikdən verilən açıqlamaya görə, adları çəkilən şəxslər hazırda "Yerevan" cəzaçəkmə müəssisəsində saxlanılırlar. Onların ekstradisiyası ilə bağlı heç bir müraciət daxil olmayıb və onlar başqa ölkəyə təhvil verilməyiblər.
Qeyd edilib ki, həmin şəxslər Ermənistan məhkəməsi tərəfindən mühakimə olunublar və artıq ölkə ərazisində cəza çəkdikləri üçün beynəlxalq axtarışda deyillər və ekstradisiyaya tabe olunmurlar.