Tramp Putinə cavab verdi: “Yaxşı, görək altı aydan sonra nə olacaq”

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin sanksiyalarla bağlı fikirlərinə münasibət bildirib.

Musavat.com xəbər verir ki, Putin yeni sanksiyaların Rusiya iqtisadiyyatına "əhəmiyyətli təsir göstərməyəcəyini" söyləmişdi.

Tramp isə jurnalistlərə açıqlamasında buna belə cavab verib:

"Yaxşı, mən şadam ki, o belə düşünür. Bu, yaxşıdır. Amma mən sizə altı aydan sonra xəbər verəcəyəm. Gözləyək, görək, bütün bunlar necə işləyəcək". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31