Avropa Çini hədəfə alıb - Bu şirkətlərə sanksiya tətbiq edildi

Avropa İttifaqı 19-cu anti-Rusiya sanksiyaları paketi çərçivəsində dörd Çin şirkətinə məhdudiyyətlər qoyub. Sferaaz xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan Aİ Şurasının qərarında deyilir.Bildirilib ki, sanksiyalar "Tianjin Xishanfusheng International Trading", "Liaoyang Petrochemical Company", "Chinaoil Corporation" və "Shandong Yulong Petrochemical" şirkətlərini hədəfləyir. Tədbirlərə şirkətlərin Aİ daxilindəki aktivlərinin dondurulması və onlara maliyyə və ya iqtisadi resursların verilməsinin qadağan edilməsi daxildir. Aİ bu addımı bu şirkətlərin Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən Rusiyanın enerji sektoru ilə əlaqələrini və mövcud məhdudiyyətləri aşmaqda onların iddia edilən rolunu göstərməklə əsaslandırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31