Ukraynalı jurnalistlərin maşını dronla vuruldu: 2 ölü

Ukraynanın "Freedom" telekanalının jurnalistləri Kramatorskda Rusiyanın "Lanset" pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olublar.

Olaylar.az axar.az-a xəbər verir ki, bu barədə Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.

Telekanal hərbi müxbir 43 yaşlı Alena Qramova (Qubanova) və 33 yaşlı operator Yevgeni Karmazinin ölümünü təsdiqləyib.

Xəsarət alan xüsusi müxbir Aleksandr Kolıçev xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı jurnalistlər yanacaqdoldurma məntəqəsində avtomobildə olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31