Tramp Putinlə görüşünü ləğv etdi

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə görüşünü ləğv edib. 

Olaylar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilir ki, Tramp bu görüşün lazım olmadığı qənaətinə gəlib.

"Məndə elə təəssürat yarandı ki, istədiyimiz məqsədə çatmayacağıq, amma gələcəkdə görüşəcəyik", - ABŞ lideri bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün Macarıstanda baş tutacağı açıqlanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31