İsveçrə Ukraynadan olan qaçqınların vətənə səfərlərini məhdudlaşdırıb - ÖZƏL

İsveçrə hakimiyyət orqanları Ukraynadan olan qaçqınların vətənlərinə səfərlərini məhdudlaşdırıb.

Olaylar xəbər verir ki, bu barədə İsveçrə Miqrasiya Dövlət Katibliyi (SEM) məlumat yayıb.

Bildirilir ki, İsveçrədə sığınacaq almış vətəndaşlar artıq gəldikləri ölkəyə, eləcə də başqa ölkələrə səfər edə bilməyəcəklər.

Lakin bu dəyişiklik S qoruma statusu olan Ukrayna vətəndaşlarına tam şamil edilmir. SEM-in açıqlamasına görə, S statusu olan şəxslər yarım il ərzində yalnız 15 gün müddətinə Ukraynada qala biləcəklər. Əvvəlki qaydaya əsasən, bu müddət hər rüb 15 gün idi.

Qanunvericilikdəki dəyişikliklərlə bağlı məsləhətləşmələr 5 fevrala qədər davam edəcək.

Bundan əvvəl İsveçrə hökuməti S statusunu yalnız son vaxtlar döyüş bölgələrində yaşayan Ukrayna vətəndaşlarına vermək qərarı qəbul etmişdi.

SEM bu il mart ayında bildirib ki, 2022-ci ilin fevralından etibarən İsveçrədə 30 mindən çox Ukrayna vətəndaşı qoruma statusunu itirib, 68 min nəfər isə hələ də bu statusdan istifadə edə bilir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31