Zelenski: Kiyev 2026-cı ildə İsveçdən “Gripen” qırıcıları almağı planlaşdırır - ÖZƏL
19:32 DünyaKiyev İsveçdən JAS 39 Gripen qırıcı təyyarələrini 2026-cı ildə almağı planlaşdırır.
Olaylar xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Ulf Kristersson ilə görüşdən sonra bildirib.
Zelenski öz Telegram kanalında qeyd edib ki, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi Kristerssonla danışıqların əsas mövzularından biri olub.
"JAS 39 Gripen təyyarələrini bu istiqamətdə ən səmərəli elementlərdən biri kimi qiymətləndiririk və ilk 'Gripen'lərin artıq 2026-cı ildə təhvil veriləcəyini gözləyirik," - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, sentyabr ayının sonunda İsveç Müdafiə Nazirliyi Kiyevin "Gripen" qırıcılarının tədarükü ilə bağlı bəyanatını təkzib etmişdi.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31