Conson: ABŞ-da hazırkı hökumət bağlanması ölkə tarixində ikinci ən uzun müddət olub - ÖZƏL

ABŞ hökumətinin hazırkı fəaliyyətinin dayandırılması (şatdaun) ölkə tarixində müddətinə görə ikinci ən uzun hal kimi qeydə alınıb.

Olaylar xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Conson mətbuat konfransında bəyanat verib. 

Consonun sözləri belə sitat gətirilir:

"Bu, artıq ölkəmizin tarixində istənilən səviyyədə baş vermiş ikinci ən uzun müddətli şatdaundur və bu, utancvericidir. Demokratlar tarix yazmağa davam edirlər - lakin yanlış səbəblərlə."

Bundan əvvəl məlum olub ki, demokratlar ABŞ hökumətinin fəaliyyətinin dayandırılmasına 11 dəfə səs veriblər.

Milli İqtisadi Şuranın rəhbəri Kevin Hassett isə bildirib ki, Ağ Ev yaxın günlərdə şatdaunun dayandırılması ilə bağlı razılıq əldə olunmasa, demokratlara qarşı "sərt tədbirlər" görülməsi variantını nəzərdən keçirir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31