Ryabkov: NATO-nun aqressiv siyasəti Rusiyanı hərbi-texniki tədbirlər görməyə məcbur edir - ÖZƏL

Şimali Atlantika Alyansına (NATO) üzv ölkələrin aqressiv siyasəti Rusiyanı kompensasiya xarakterli hərbi-texniki tədbirlər görməyə məcbur edir.

Olaylar xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyanat verib.

Diplomatın sözlərinə görə, silahlara nəzarət və nüvə silahsızlaşdırılması sahəsində konstruktiv dialoqa ciddi maneələrin yaranması NATO-nun yürütdüyü siyasətin yeganə nəticəsi deyil.

Ryabkovun fikirləri belə sitat gətirilir:

"Qeyd olunan siyasət digər dövlətləri, o cümlədən Rusiyanı kompensasiya xarakterli hərbi-texniki tədbirlər görməyə vadar edir."

Nazir müavini həmçinin bildirib ki, Moskva Vaşinqtonun əvvəlki administrasiyanın siyasətindən imtina etdiyinə əmin olmalıdır.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31