Hanter Bayden Obamaya qəzəblənib - ÖZƏL

ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden 2024-cü ildə Hollivudda keçirilən xeyriyyə gecəsində atasının səhnədən çıxmasına kömək edən keçmiş prezident Barak Obamaya qəzəblənib.

Olaylar bu barədə "Axios" nəşrinə  istinadən məlumat yayıb.

Karlın yazdıqlarına görə, Hanter Bayden həmin hadisə zamanı səhnəyə qalxmaq istəyib və belə deyib:

"Az qalmışdı səhnəyə çıxım və deyim: 'Birləşmiş Ştatlar prezidentinə heç vaxt belə münasibət göstərmə - heç vaxt!'"

Hanter Bayden etiraf edib ki, bu hadisədən sonra bir neçə ay həmin epizod onu narahat edib.

Bundan əvvəl keçmiş birinci xanım Melaniya Tramp Hanter Baydeni maliyyəçi Cefri Epşteynin işi ilə bağlı onun ünvanına söylədiyi böhtan xarakterli ifadələrə görə 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələyib.

Məlumata görə, Hanter Bayden ABŞ prezidentinin həyat yoldaşından üzr istəməkdən imtina edib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31