Saxarov mükafatı 2025: Jurnalistlər azad edilməlidir – ÖZƏL
15:19 DünyaAvropa İttifaqının Genişlənmə məsələləri üzrə Ali Nümayəndəsi Marta Kos, Avropa Komissiyasının prezidenti Roberta Metsolanın Saxarov Mükafatının qaliblərini elan etməsini "2025-ci il üçün Saxarov Mükafatı üçün əla seçim" adlandırıb.
Olaylar.az xəbər verir ki, Marta Kos özünün X sosial şəbəkəsində yazıb ki, "Müstəqil jurnalistlərin güclü liderləri qorxmazdırlar. Bizə Andjey Poçobut və Mziya Amaglobeliyə bənzər daha çox müstəqil səs lazımdır, onlar dərhal azad edilməlidir!"
Xatırladaq ki, "Netqazeti" və "Batumelebi" onlayn nəşrlərinin təsisçisi Mziya Amaglobeli və Belarus jurnalisti Andjey Poçobut 2025-ci il Saxarov Mükafatının qalibləri olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31