Moldova Kommunist Partiyası hazırkı hökuməti qeyri-legitim adlandırdı - ÖZƏL

Moldova Respublikasının Kommunist Partiyası (PKRM) parlament seçkilərini "qeyri-demokratik və azad olmayan" adlandıraraq, yeni hökumətin legitimliyini tanımadığını bəyan edib. Olaylar.az xəbər verir ki, partiyanın parlament fraksiyasının sədri Diana Karaman yeni parlamentin ilk iclasında çıxış edərək bildirib ki, "PKRM bu seçkiləri qeyri-demokratik və azad hesab etmir. Biz yalan üzərində qurulan hakimiyyətin legitimliyini tanımırıq və ədalət uğrunda həm parlamentdə, həm də onun hüdudlarından kənarda bütün qanuni vasitələrlə mübarizə aparacağıq."
Karaman qeyd edib ki, "bu seçkilər ideyaların yarışması deyil. Burada inzibati resurs rejissor, hökumətə bağlı media isə qrim ustaları rolunu oynayıb, yüz minlərlə vətəndaşın səsvermə hüququnun məhdudlaşdırılması isə ssenarinin əsas hissəsini təşkil edib. Qorxutma, təzyiq, seçicilərin diskriminasiyası və hakimiyyətdən sui-istifadə - məhz bu, 28 sentyabrda vətəndaşlara təqdim edilən 'həqiqi bülleten' idi."
Xatırladaq ki, çərşənbə günü Moldovada yeni parlamentin ilk iclası keçirilib. Prezident Maya Sandunun rəhbərlik etdiyi "Fəaliyyət və Həmrəylik Partiyası" 101 yerlik parlamentdə 55 deputatla çoxluğu əldə etdiyini açıqlayıb. Müxalifətə isə Sosialistlər Partiyası (17 deputat), Kommunist Partiyası (8 deputat), "Alternativ" bloku (8 deputat), "Bizim Partiya" (6 deputat) və "Evdə Demokratiya" partiyası (6 deputat) keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31