Macarıstan Putinin uçuşunun təhlükəsizliyini Aİ-dən tələb edir - ÖZƏL
22 Oktyabr 13:52 DünyaMacarıstan Xarici İşlər naziri Peter Szijarto Avropa İttifaqı ölkələrini Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüş üçün Macarıstana uçuşunun təhlükəsizliyini təmin etməyə çağırıb. Olaylar.az xəbər verir ki, Szijarto CNN telekanalına verdiyi müsahibədə bildirib ki, Avropa ölkələri Putinin Macarıstana gəlməsinə icazə verməsələr, bu, onların sülh istəmədiyini göstərmiş olar. "Ümid edirəm ki, Avropa ölkələri onun Macarıstana gəlməsinə icazə verəcək, çünki onun Trampla görüşü sülh işinə mühüm töhfədir. Əgər hansısa ölkə Putinin uçuşuna icazə verməsə, bu, onun sülh istəmədiyini göstərir", - deyə nazir vurğulayıb.
O həmçinin qeyd edib ki, əgər Putin Budapeştə səyahət edərsə, Macarıstan hakimiyyəti onunla bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını yerinə yetirməyəcək.