Litva hərbçiləri bir gecədə 200-ə yaxın qaçaqmalçı hava balonunu aşkar etdi - ÖZƏL

Litva hərbçiləri gecə saatlarında ölkənin hava məkanında təxminən 200 hava balonu aşkarlayıb. Bu balonlar qeyri-qanuni bizneslə məşğul olan şəxslər tərəfindən Belarusdan Litvaya kontraband siqaret daşınması üçün istifadə edilirdi. Olaylar.az xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Xidmətinin rəhbəri general Rustamas Lyubaevas jurnalistlərə məlumat verib.
"Hərbi hava qüvvələri bizə təxminən 200 obyektin aşkar edildiyini bildirdi. Onlar hava balonları - məteoloji zondlar kimi identifikasiya olunub", - deyə sərhəd xidməti rəhbəri bildirib. Sərhədçilər Litvanın müxtəlif bölgələrində torpaqda 12 balon tapıblar. Kontrabanda ilə əlaqəli dörd şübhəli şəxs saxlanılıb, onlar balonlara bağlı siqaret yüklərini götürməyə çalışırmışlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31