Keçmiş prezident Sarkoziyə həbsxanada 24 saat polis qoruması - ÖZƏL

Fransa hakimiyyəti həbsdə olan keçmiş prezident Nikola Sarkozinin təhlükəsizliyini təmin etmək üçün ona iki polis təyin edib. Fransanın daxili işlər naziri Loran Nunes bildirib ki, həbsdə olarkən Sarkozinin həyatı ciddi təhlükə altındadır.."Əlbəttə, o, hər bir vətəndaş kimi eyni hüquqlara malikdir, lakin həbsxanada keçmiş prezident kimi daha ciddi təhlükələrlə üzləşə bilər," - deyə nazir Europe 1 radiosuna açıqlamasında bildirib. Olaylar.az xəbər verir ki, Nunes şəxsi qərarı ilə Sarkozinin təhlükəsizliyini təmin etmək üçün iki polis əməkdaşını həbsxanaya göndərib. TF1 telekanalı xəbər verib ki, bu polis əməkdaşları xüsusi bölmənin - SDLP-nin üzvləridir və onlar 24 saatlıq rejimdə keçmiş prezidentin təhlükəsizliyini təmin edir, həbsxanadakı qonşu kamerada yerləşiblər.
70 yaşlı Nikola Sarkozi 25 sentyabr tarixində Liviya tərəfindən seçki kampaniyasının maliyyələşdirilməsi işi üzrə cinayətkar dəstənin üzvü olmaqda günahkar bilinib, lakin dövlət vəsaitlərinin mənimsənilməsi və passiv korrupsiya ittihamlarından bəraət alıb. Onun 2007-ci il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi faktı isə təsbit edilməyib. Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib və 21 oktyabrda Parisin XIV dairəsindəki Santé həbsxanasında tək kamerada cəza çəkməyə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31