Rubio iki günlük səfər üçün oktyabrın 23-də İsrailə gələcək - ÖZƏL
12:16 DünyaABŞ Dövlət Katibi Marko Rubio oktyabrın 23-də iki günlük səfər üçün İsrailə gələcək.
Olaylar.az xəbər verir ki, The Jerusalem Post-un məlumatına görə, bu səfər çərçivəsində ABŞ rəsmisinin məqsədi Qəzza sektorunda atəşkəsin qorunmasına dəstək verməkdir.
Qeyd olunur ki, oktyabrın 21-də ABŞ-ın vitse-prezidenti Cey D. Vens İsrailə səfər edib, həmçinin prezident Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və Ağ Evin başçısının kürəkəni Cared Kuşner də bu həftə İsraildədir.
Xatırladaq ki, oktyabrın 9-da Tramp bildirib ki, İsrail və radikal Fələstin təşkilatı HƏMAS ilk mərhələdə sülh planı üzrə razılığa gəlib. Bu plan Qəzza sektorunda saxlanılan bütün girovların azad edilməsini və İsrail ordusunun razılaşdırılmış mövqelərə çəkilməsini nəzərdə tutur. Oktyabrın 10-da İsrail hökuməti bütün girovların azad edilməsi ilə bağlı razılığı təsdiqləyib və eyni gündən atəşkəs qüvvəyə minib.