Politico: “Makron vahid Avropanın ideoloqundan yorucu siyasətçiyə çevrilib”
11:29 DünyaPolitico nəşri Fransa prezidenti Emmanuel Makronun son dövrlərdəki siyasətini tənqid edib və onun "vahid Avropa ideoloqundan Avropa İttifaqının ümumi ruhunu zəhərləyən siyasətçiyə" çevrildiyini yazıb.
Olaylar.az xəbər verir ki, nəşrin məlumatına görə, Makron son aylarda bir sıra Aİ təşəbbüslərini rədd edib, o cümlədən:
Şərq sərhədlərində hava məkanının təhlükəsizliyini təmin etmək üçün "dron divarı" layihəsini,
Yeni üzvlərin qəbul prosesinin sadələşdirilməsini,
Beynəlxalq əməkdaşlıq çərçivəsində ekoloji normaların sərtləşdirilməsinə dair təklifləri də rədd edib.
"Politico" yazır ki, Makron bu təşəbbüslərə ehtiyatla, bəzən isə qıcıqla yanaşır, çünki onların Fransa ictimaiyyətində mənfi reaksiya doğuracağından ehtiyat edir.
Nəşr qeyd edir ki, bu yanaşma Makronun prezidentliyinin əvvəlində irəli sürdüyü Avropa birliyi ideyaları ilə ziddiyyət təşkil edir.