Qazaxıstanda yüksək inflyasiyanın səbəbi AÇIQLANDI: İqtisadiyyatda "artıq pul" problemi – ÖZƏL
22 Oktyabr 2025 11:04 DünyaQazaxıstan Milli Bankının sədri Timur Süleymenov ölkədə yüksək inflyasiyanın davam etmə səbəbini izah edib.
Olaylar.az xəbər verir ki, "ArbatMedia"nın məlumatına görə, sədr bildirib ki, iqtisadiyyatda pul bolluğu səbəbindən iqtisadiyyat "qızışıb".
Süleymenov qeyd edib ki, qiymət artımının əsas səbəbi böyük dövlət xərcləri və istehlak kreditlərinin sürətli artımıdır. Eyni zamanda, yerli istehsal artan tələbatı qarşılaya bilmir, bu da inflyasiya təzyiqini gücləndirir.
Milli Bank rəhbərinin sözlərinə görə, artıq tələbatın bir hissəsi idxala yönəlir, idxal malları xarici valyuta ilə alındığından bu, tənqə təzyiqini artırır.
O, vəziyyəti sabitləşdirmək üçün iki addımın vacib olduğunu vurğulayıb: büdcə xərclərinin azaldılması və istehlak kreditlərinin məhdudlaşdırılması.