Erməni ombudsman Gümrü etirazlarının qurbanları ilə görüşüb – ÖZƏL

Ermənistan İnsan Hüquqları Müdafiəçisi (Ombudsman) Anait Manasyan, Gümrü meri Vardan Qukasyanın saxlanılması zamanı şəhər meriyasının binası qarşısında baş verən kütləvi iğtişaşlar nəticəsində tutulan və azadlıqdan məhrum edilən 33 nəfərin saxlanma şəraiti və hüquqlarının təmin edilməsi ilə tanış olub.

Olaylar.az xəbər verir ki, Ombudsmanın ofisinin mətbuat xidməti bildirib ki, onların saxlanılması üçün əsaslar və hüquqlarının müdafiəsi məsələsi öyrənilib. Azadlıqdan məhrum edilmiş şəxslərlə məzmunu açıqlanmayan söhbətlər aparılıb.

Xatırladaq ki, istintaq komitəsinin məlumatına görə, bir qrup vətəndaş müstəntiqlərin işinə mane olmağa cəhd edib, ictimai təhlükəsizliyə təhlükə yaradan iğtişaşlar törədib, əmlaka ziyan vurub və xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı güc tətbiq edib.

Oktyabrın 20-də Gümrü meriyasında axtarışlar aparılıb, daha sonra mer Qukasyan və daha yeddi nəfər rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Meriyanın ətrafına toplaşan V. Qukasyanın tərəfdarları ilə polis arasında qarşıdurmalar və toqquşmalar yaşanıb.
Oktyabrın 21-də məhkəmə mer Vardan Qukasyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31