ABŞ tarixində ilk: Prezident nazirlikdən təzminat tələb edir
10:14 DünyaABŞ prezidenti Donald Tramp keçmişdə ona qarşı apardığı federal araşdırmalara görə ABŞ Ədliyyə Nazirliyindən təqribən 230 milyon dollar təzminat tələb etmək niyyətindədir.
Olaylar.az xəbər verir ki, məlumatı The New York Times yayıb. Qəzet qeyd edir ki, hazırkı vəziyyət Amerika tarixində görünməmiş bir haldır. Belə ki, Tramp 2023 və 2024-cü illərdə hüquqlarının pozulması iddiası ilə (o cümlədən Florida ştatının Mar-a-Laqo iqamətgahında FTB-nin axtarışı zamanı və Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi işi ilə bağlı) iki inzibati şikayət verib.
Qəzetin yazdığına görə, inzibati şikayətlər texniki cəhətdən iddia deyil və mübahisələrin məhkəmədən kənar həlli imkanlarını müəyyən etmək üçün əvvəlcə ABŞ Ədliyyə Nazirliyi tərəfindən nəzərdən keçirilir. Qeyd olunur ki, şikayətlərlə bağlı qərar hüquqi etika sahəsində şübhəli görünür, çünki əvvəllər Trampın komandasında olan bir neçə nəfər hazırda Ədliyyə Nazirliyində yüksək vəzifələri tutur.
Qeyd edək ki, Co Baydenin prezidentliyi dövründə Trampa qarşı 4 cinayət işi açılıb və o, eyni zamanda bir neçə inzibati işdə müttəhim olub. Tramp cinayət məsuliyyəti ilə vəzifəyə gələn ilk ABŞ prezidentidir. Yanvarın 10-da Nyu-York məhkəməsi onu keçmiş porno aktrisa Stormi Danielsə ödəmələr zamanı Trump Organisation tərəfindən maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə məsuliyyətdən azad edib.