Litva hava şarının hücumunu koordinasiyalı əməliyyat adlandırır - ÖZƏL

Litva hakimiyyəti ölkə hava məkanına onlarla meteoroloji şarın daxil olmasını koordinasiyalı əməliyyat kimi qiymətləndirib. Olaylar.az xəbər verir ki, bu barədə milli radioda çıxış edən Milli Krizis İdarəetmə Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas məlumat verib. Onun sözlərinə görə, hava şarları eyni vaxtda bir neçə fərqli ərazidən havaya buraxılıb:
"Əldə etdiyimiz məlumata görə, şarlar eyni anda müxtəlif yerlərdən buraxılıb. Bu isə baş verən hadisənin koordinasiyalı aksiya olduğunu deməyə əsas verir," - deyə Vitkauskas bildirib. Məsul orqanlar ölkənin beş müxtəlif rayonunda yerə düşmüş bir neçə şarı aşkarlayıb. Onlardan ümumilikdə 7 min ədəd siqaret bağlaması götürülüb. Hadisə ilə bağlı bir nəfər saxlanılıb.
Hadisədən sonra Litva hökuməti Belarusla sərhəddə yerləşən Medininkay və Şalçinininkay keçid məntəqələrini bağlayıb. Hazırda yalnız Kenedəki dəmir yolu keçid məntəqəsi fəaliyyətini davam etdirir.
Vilnüs beynəlxalq hava limanında isə hadisə səbəbindən təxminən 30 reys ləğv edilib və ya digər şəhərlərə yönləndirilib. Aeroport 23:00-dan 06:30-a qədər bağlı qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31