Yaponiyadan Ukraynaya dəstək - Rusiyaya sanksiya siyasətini davam etdirəcək
08:33 DünyaSanae Takaichi başda olmaqla yeni Yaponiya hökuməti Ukraynaya hərtərəfli dəstək verməyə və Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək.
Musavat.com xəbər verir ki, bunu Yaponiyanın yeni xarici işlər naziri, 2019-2021-ci illərdə bu vəzifədə olmuş Toşimitsu Moteqi təyinatından sonra keçirdiyi ilk mətbuat konfransında deyib:
"Ukrayna ilə bağlı məsələyə gəlincə, biz onu müxtəlif yollarla dəstəkləməyə davam edəcəyik və uzunmüddətli sülh əldə edildikdən sonra onun bərpasına və inkişafına kömək edəcəyik. Digər tərəfdən, tezliklə atəşkəsə nail olmaq üçün Rusiyaya qarşı qətiyyətli addımlar atmağa, o cümlədən sanksiyalar tətbiq etməyə davam edəcəyik - bu, bizim fundamental mövqeyimizdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31