Rusiyanın atəşkəs mövqeyi Budapeştdə Tramp-Putin sammitini təhdid edir - ÖZƏL
21 Oktyabr 20:29 DünyaUkraynada atəşkəs məsələsində Rusiyanın sərt mövqeyi ABŞ lideri Donald Tramp ilə onun rusiyalı həmkarı Vladimir Putin arasında Budapeştdə keçiriləcək sammiti təhlükə altına qoyub.
Olaylar xəbər verir ki, bu barədə "Reuters" agentliyi adları açıqlanmayan yüksək vəzifəli Avropa diplomatlarına istinadən məlumat yayıb.
"Rusiyanın Ukraynada atəşkəs məsələsində sərt mövqeyi görünür ki, Putin və Tramp sammitini təhlükə altına qoyur... Düşünürəm ki, amerikalılar artıq başa düşüblər ki, Tramp Budapeştdə hər hansı razılaşma əldə edə bilməyəcək," - deyə bir diplomat bildirib.
Bundan əvvəl "Axios" jurnalisti Barak David, Ağ Ev nümayəndəsinə istinadla, Trampın "yaxın gələcəkdə" Putinə görüş planlaşdırmadığını açıqlamışdı.
NBC xəbər verir ki, Rusiyanın və ABŞ-ın Budapeştdə keçiriləcək sammitinə hazırlıq dayandırılıb.
İbrahim Məmmədli