Conson: ABŞ respublikaçıları Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləməyə hazırdırlar - ÖZƏL
21 Oktyabr 2025 20:07 DünyaABŞ Konqresində respublikaçılar Rusiyaya qarşı sərt sanksiyaların tətbiqini "böyük maraqla" nəzərdən keçirirlər.
Olaylar xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson açıqlama verib.
"Mən gözləmirəm ki, qanun layihəsi hökumət bağlanması zamanı qəbul olunsun, lakin deyə bilərəm ki, Nümayəndələr Palatası və Senatda respublikaçılar arasında Rusiyaya qarşı sərt sanksiyaların tətbiqinə böyük maraq var," - deyə Conson bildirib.
Conson həmçinin bildirib ki, ABŞ Rusiya tərəfindən səmimi yanaşma gözləyir, belə ki, tərəflər danışıqlar masasına əyləşərək münaqişəni diplomatik yolla həll edə bilsinlər.
Bundan əvvəl Finlandiya prezidenti Aleksandr Stubb açıqlamışdı ki, Avropa Ukraynada atəşkəs baş verərsə, Rusiyaya qarşı sanksiyaları yumşalda bilər.
Həmçinin, Macarıstan Xarici İşlər Nazirliyi qeyd edib ki, Budapeşt Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiya paketini bloklamağı planlaşdırmır.
İbrahim Məmmədli