Tramp Zelenskiyə sülh naminə ərazi güzəştlərinə getməyi tövsiyə edib - ÖZƏL
21 Oktyabr 19:23 DünyaABŞ-ın sabiq prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə görüş zamanı ona sülhün əldə olunması üçün ərazi güzəştlərinə getməyi tövsiyə edib.
Olaylar xəbər verir ki, bu barədə "The New York Times" qəzetinə istinadən məlumat yayıb.
"Məqalədə qeyd olunur ki, Tramp Zelenskidən bəzi əraziləri təhvil verməsini israrla tələb edib," - deyə nəşr yazır.
Bildirilir ki, görüşün yekununda ABŞ lideri guya Zelenskinin ərazi güzəştlərinə getmək fikrində olmadığını qəbul edib.
Bundan əvvəl "The Wall Street Journal" xəbər vermişdi ki, Tramp Zelenskiyə Ukrayna münaqişəsinin tez bir zamanda həllinin, Kiyevin Donbas üzərində nəzarəti bərpa etmək istəyindən daha önəmli olduğunu bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl də bəyan etmişdi: Ukrayna münaqişəsi başa çatdıqdan sonra Kiyev rejimi bəzi ərazilərin itirilməsindən qaça bilməyəcək.
İbrahim Məmmədli