Polşada təxribatlar törətməyə çalışan 8 nəfər saxlanılıb - Donald Tusk
15:15 DünyaPolşanın hüquq-mühafizə orqanları ölkə ərazisində təxribatlar hazırlamaqda şübhəli bilinən səkkiz nəfəri həbs edib.
Olaylar.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk öz rəsmi "X" səhifəsində paylaşım edib.
"Daxili təhlükəsizlik agentliyi digər xidmətlərlə birlikdə ölkənin müxtəlif rayonlarında diversiyaların hazırlanmasında şübhəli bilinən səkkiz nəfəri saxlayıb", - deyə o yazıb.
Tuskun sözlərinə görə, hazırda onların dindirilməsi aparılır, hüquq mühafizə orqanları isə əlavə operativ tədbirlər həyata ekçirir. Baş nazir konkret hansı təxribatlardan sözün getdiyini aydınlaşdırmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31