Durov Luvrdan oğurlanan daş-qaşları Əbu-Dabiyə göndərmək istəyir - ÖZƏL

Telegram-ın həmtəsisçisi Pavel Durov Luvrdan oğurlanmış qiymətli daş-qaşları satın alıb Əbu-Dabidəki Luvr muzeyinə qaytarmaq istədiyini bildirib. Olaylar.az xəbər verir ki, o, bunu X sosial şəbəkəsində paylaşaraq qeyd edib: "Mən sevinclə oğurlanmış qiymətli daş-qaşları alıb Luvrə qaytarardım. Əlbəttə, mən Luvr Əbu-Dabidən danışıram, oradan heç kim oğurluq etmir" - deyə Durov yazıb.
Qeyd edək ki, Durov bundan əvvəl Parisdəki muzeyin qarət edilməsinə təəccüblənmədiyini açıqlamışdı. O, bunu Fransanın tənəzzülü ilə əlaqələndirərək, hökumətin insanları əsl təhdidlərdən yayındırmaq əvəzinə saxta təhlükələrlə qorxutmaq sənətini mükəmməlləşdirdiyini söyləmişdi.
19 oktyabr səhəri Fransanın mədəniyyət naziri Raşida Dati Luvr muzeyinin qarət olunduğunu açıqlayıb. İlkin məlumata görə, Parisdəki əsas muzeydən Napoleona aid qiymətli daş-qaşlar oğurlanıb. Nazir bildirib ki, oğrular bu nadir əşyaları yalnız dörd dəqiqə ərzində götürüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31