Ermənistanda hərbi xidmət müddəti azaldıldı

Ermənistanda 2026-cı il yanvarın 1-dən məcburi hərbi xidmət müddəti azaldılacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan videomüraciətində bildirib.

Qərara görə, 2026-cı ilin qış çağırışından başlayaraq xidmət müddəti iki il deyil, bir il yarım olacaq.

Qeyd edək ki, Müdafiə Nazirliyi əvvəlcə xidmət müddətinin qısaldılmasını sentyabrda təklif etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31