İndiki Ermənistan hakimiyyəti hətta müharibəni saxtalaşdırmağa da nail olub- ÖZƏL

Olaylar.az xəbər verir ki,  Ermənistan parlamentində müxalifət blokundan olan deputat Ağnessa Xamoyan 21 oktyabrda keçirilən iclasda ölkədəki hüquq-mühafizə orqanlarının fəaliyyətini tənqid edib. O, xüsusilə Gümrü şəhərinin meri Vardan Quqasyanın saxlanması və həbsinə münasibət bildirib. Deputat bildirib ki, indiki hakimiyyət hətta müharibəni saxtalaşdırmağa nail olub və belə bir durumda hansısa yazını saxtalaşdırmaq onlar üçün problem deyil.
Ağnessa Xamoyan daxili işlər nazirinin müavini Armen Mkrtçyana sual edib:
"Rəqəmsiz idarə olunan dronlarınız harada idi, müxalifəti təmsil edən icra başçısı öldürülərkən?" Deputat əlavə edib ki, hakimiyyət nümayəndələri, sıravi vətəndaşlardan fərqli olaraq, tam təhlükəsizlik içindədir:
"Baş nazir Nikol Paşinyan bu gün Ermənistanda ən qorunan insandır. Eyni zamanda, bizim vətəndaşlarımız unudulub və taleyin ümidinə buraxılıb."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31