Çin Trampın mümkün səfərini şərh etmədi - ÖZƏL

Çin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın 2026-cı ilin əvvəllərində ölkəyə mümkün səfərinə dair açıqlama verməkdən imtina edib. Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Quo Ciakun brifinqdə bildirib. Quo Ciakun qeyd edib ki, "hazırda bu məsələ ilə bağlı təqdim edə biləcəyim məlumat yoxdur". Bununla yanaşı, diplomat vurğulayıb ki, iki ölkənin liderləri "yaxın əməkdaşlıq və əlaqələri davam etdirirlər".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir qədər əvvəl jurnalistlərin suallarını cavablandırarkən, Çinə səfərinin gələn ilin əvvəllərinə planlaşdırıldığını açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31