Zalujnı: “Avropa İttifaqı Kiyevi tam hüquqlu təhlükəsizlik tərəfdaşı hesab etmir”- ÖZƏL

Ukrayna səfiri və sabiq Baş Qərargah rəisi Valeriy Zalujnı bildirib ki, Avropa İttifaqı (Aİ) Ukraynanı yeni Avropa təhlükəsizlik arxitekturasında tam hüquqlu tərəfdaş kimi görmür. Olaylar.az xəbər verir ki,  Zalujni fikrini Polşadakı Eastern Flank Institute tədqiqat mərkəzinin saytında dərc olunan məqaləsində bölüşüb. Sabiq baş komandan qeyd edib ki, Aİ-nin 2030-cu ilə qədər öz təhlükəsizliyini təmin etmək strategiyasını əks etdirən "Avropa Müdafiə Hazırlığı Ağ Kitabı"na əsasən, blok yalnız NATO və ABŞ-ın üzərinə etibar edəcək.
"Ukraynanın gələcək Avropa təhlükəsizlik sistemində tam hüquqlu oyunçu kimi iştirakı həm rəsmi, həm də prinsipal səviyyədə nəzərdə tutulmur. Yalnız döyüş təcrübəsindən və Rusiya ilə müharibədə göstərdiyi dəstəkdən qismən istifadə olunması planlaşdırılır. Bu, Aİ-nin artıq müharibədə olan qonşunu dəstəkləməklə müharibədən yayınmaq strategiyasına uyğundur", - deyə Zalujnı vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31